Fransa Senatının qətnaməsi növbəti təxribatdır. Bu təxribatla Fransa qərəzli olduğunu göstərdi və artıq özünü ATƏT-in Minsk Qrupundan kənarda qoydu. Qətnamə bəzi fransız deputatların siyasi korrupsiya amilinin və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri altında qəbul edildi.

Unikal.org xəbər verir ki, bu barədə “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

İ.Korotçenko deyib ki, Fransa əvvəllər də tarazlığa riayət etmirdi və Ermənistanın maraqlarını açıq şəkildə irəli çəkirdi, indi bu, bir daha təsdiqləndi və bu dəfə Senatda. Hüquqi baxımdan bu qətnamə əhəmiyyətsizdir.

"Ümumiyyətlə, bu, sadəcə, ağılsız hərəkətdir və nəticələri Parisin öz maraqlarına zərbə vuracaq. Fransa biznesinin Azərbaycanda müəyyən itkiləri ola bilər. Azərbaycanın milli maraqlarının qorunması üçün lazım olan şəkildə reaksiya vermək üçün bütün əsasları var", - deyə rusiyalı ekspert qeyd edib.