"Həyat yoldaşım Gəncədə ermənilər tərəfindən öldürülən körpələrin qisasını almağa gedirəm deyərək döyüşə yollandı".

Bu sözləri Unikal.org-a açıqlamasında XTQ-nin şəhid komandiri Rəşad Əliyevin həyat yoldaşı Rəfiqə Əliyeva deyib. O, həyat yoldaşının cəbhəyə yollanmasından və keçdiyi hərb yolundan danışıb.

R.Əliyeva qeyd edib ki, həyat yoldaşı övladlarına bağlı bir insan olub. 3 yaşlı qızı Zəhranın sosial şəbəkədə atası ilə yayılan fotosunu buna misal olaraq göstərib.

Müxbir: Famil Fərhadoğlu

Video: Müzəffər İsmayılov