Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın günlərdə liderlər səviyyəsində toplanacaq.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra danışıb.

O qeyd edib ki, KTMT üzvü olan ölkələrin dövlət başçıları ilə yanaşı, XİN başçılarının da toplantısı nəzərdə tutulub. Lavrovun sözlərinə görə, hazırki mərhələdə KTMT-yə Rusiya sədrlik edir.

Xatırladaq ki, KTMT-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.