Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan yerli mediaya müsahibə verib.

Unikal.org  xəbər verir ki, döyüş meydanında məğlub olduqlarını etiraf edən XİN başçısı müsahibə əsnasında bəzi suallardan yayınmağa çalışıb.

"Döyüş meydanında uğursuzluq yaşadıq. Bunu düzgün qiymətləndirməliyik. Çünki əsgərlərimiz qeyri-bərabər qüvvələrə qarşı müqavimət göstərdilər və indi bütün vəzifəmiz vəziyyəti sabitləşdirmək üçün əlimizdən gələni etməkdir".

XİN rəhbəri döyüş meydanında uduzan Ermənistanın guya diplomatiyada uğursuzluqla qarşılaşmadığını dilə gətirib. O, kapitulyasiya sənədində ermənilər üçün hansı müsbət məqamın olması ilə bağlı suala isə belə cavab verib: "Müsbət məqam müharibənin dayandırılmasıdır".

Ara Ayvazyan müharibəni daha tez dayandırmağın mümkün olub-olmadığına dair sualı isə cavabsız qoyub.