Rusiyada son sutka ərzində koronavirusa 25 487 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 187 990 nəfərə çatıb.

Rusiyada son sutkada 524 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 38 062 nəfərdir.
İndiyədək 1 685 492 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.