Bir qrup türkiyəli azarkeş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında üz-üzə gələcək "Qarabağ" və "Sivasspor" komandaları üçün toplaşacaq.

Unikal.org-un məlumatına görə, fanatlar hər iki kollektivi oyunun keçiriləcəyi İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunun önündə qarşılayacaqlar.

Azarkeşlər Ağdam təmsilçisinin qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduğu görüşdə də eyni addımı atıblar.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.