Türkiyənin məşhur "Kuruluş Osman" serialının növbəti bölümü yayımlanıb. 

Unikal.org xəbər verir ki, Zabit Səmədov ilk dəfə "Kuruluş Osman"ın 35-ci bölümündə tamaşaçıların qarşısına çıxıb.

Kikboksinq dünyasının ən məşhur simalarından biri olan, Dünya və Avropa çempionu titullarına sahib olan və iştirak etdiyi bir çox turnirlərdə Türk dünyasını qürurlandıran Zabit Səmədov serialda aktyorluq qabiliyyətini nümayiş etdirib.