Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlament seçkilərində iştirak edəcək.

Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, 10 yanvarda baş tutacaq seçkidə namizəd olacaq D.Nazarbayeva hakim Nur Otan Partiyasını təmsil edəcək.

Xatırladaq ki, D.Nazarbayeva bu ilin mayınadək Qazaxıstan parlamentinin palatalarından biri olan Senatın spikeri vəzifəsini daşıyıb.