Türkiyəli sənətçi Hadisə koronavirusa yoluxub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, virus səbəbi ilə səhnə çalışmalarına ara verən ifaçı koronavirusa yoluxduğundan şübhələnərək test elətdirib.

Hadisənin analiz cavabları müsbət çıxıb. Son zamanlar bütün vaxtını sevgilisi Kaan Yıldırımla keçirən ifaçı evində karantinə alınıb.