Gəncə sakininə soyğunçuluq məqsədi ilə bıçaqla xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Unikal.org-a  verilən məlumata görə, Kəpəz Rayon Polis Polis İdarəsinə noyabrın 17-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində 3 nəfərin qəsəbə sakini S.Sarıyevə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.İsmayılov, əvvəllər məhkum olunanlar B.Əliyev və Ə.Hüseynov saxlanılıb.