Xalq artisti Zabit Nəbizadənin bacısı oğlu Xalid şəhid olub.

Unikal.org xəbər verir ki, bu barədə xanəndə "Ay Zaur" proqramında deyib. O bildirib ki, Xalidin şəhid olması xəbərini anasından 3 gün gizlədiblər:

"Xəbəri valideynlərindən qabaq dayıları bildi. Böyük qardaşımın sinif yoldaşı dedi ki, Xalid ölüb. Anasına demədik, 3 gün gizlətdik.

Müharibənin qızğın vaxtı idi, komissarlığa xəbər etdik. Üç gündən sonra cəsədi tapıb gətirdilər. İki qardaş idilər, ikisi də hərbidə idi".