Koronavirusa gündəlik yoluxma sayı artıq minlərlə ölçülür. Statistika göstərir ki, ölkəmizdə koronavirus pandemiyası mənfi tendensiya üzrə gedir.

Unikal.org ATV-yə istinadla xəbər verir ki, koronavirusa yoluxmada kəskin artım davamlı olarsa karantin rejimi yenidən sərtləşdiriləcək.

Millət vəkili Müşviq Məmmədli deyir ki, karantin qaydalarına riayət edilməsə həftə sonu tətbiq olunan qadağaların həftə içi tətbiq olunmağına da gətirib çıxaracaq.

Nəzərə alsaq ki, payız-qış mövsümündə infeksion xəstəliklər özünü daha çox biruzə verir. Deməli, getdikcə vəziyyət daha da pisləşə bilər. Amma bunun qarşısını almaq hər birimizdən asılıdır.