Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub.

Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.