İsmayıllı rayonunda yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 450 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə, içərisində yığılan 30 ton ot bağlamasının 5 tonu və 22 m³ taxta materialının 2 m³ yanıb. Sexin, ot bağlamalarının və taxta materialının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.