Abşeron rayonunda və Bakı şəhərinin Suraxanı rayonunda ayrı-ayrı ünvanlarda iki nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq kömək göstərilib.