Bu gün axşam saatlarında Zaqatalanın Mamrıx kəndində intihara cəhd hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, kənd sakini 1997-ci il təvəllüdlü Elşad Rasim oğlu Ramazanov kəndin ərazisində quraşdırılmış mobil rabitə qülləsinin üstünə çıxaraq özünü atmaq istəyib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. 

E.Ramazanovla aparılan psixoloji danışıqlar nəticəsində onu intihar etməkdən yayındırmaq mümkün olub. O, müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.