Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  100 684 nəfərə, ölənlərin sayı isə 927 nəfərə çatıb.

Virusa yoluxanlardan 81 783 nəfərin sağaldığı bildirilir.