“Barselona”nın sabiq üzvü, hazırda “Sevilya”nın şərəfini qoruyan İvan Rakitiç keçmiş komanda yoldaşı Lionel Messi barədə açıqlama verib.

Unikal.org xəbər verir ki, FİFA-nın rəsmi saytına danışan xorvatiyalı futbolçu, Messinin ünvanına xoş sözlər deyib:

“Kim olduğun vacib deyil, bu adamı izləməli və əylənməlisən. Dünya futbolunda sadəcə “bir nömrə” var – Messi! Onunla birlikdə 311 oyun oynamaq xəyal kimi idi. Bundan böyük zövq aldım. Bütün bunlar üçün ona təşəkkür edirəm. Messi onunla birlikdə oynamağın mənim üçün nə qədər vacib olduğunu əsla bilməyəcək.

Altı ildə 311 oyun! Messi, Dani Alveş və Xavyer Maskeranodan sonra ən çox oyun keçirən dördüncü legionerəm. Klub tarixinin bir parçası olduğumu deyə bilərəm”.