Əfqanıstanın paytaxtı Kabul şəhəri noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulması nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb.

Bildirilib ki, Kabula səhər saatlarında azı 10 raket buraxılıb.

Kabulun bir neçə rayonu da atəşə məruz qalıb.

***

09:16

Əfqanıstanın paytaxtı Kabul şəhəri noyabrın 21-də səhər saatlarında raket atəşinə tutulub.

Unikal.org xəbər verir ki, məlumatı “Pajhwok” agentliyi yayıb.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə hələ məlumat verilməyib.