Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 141 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 156 642 şübhəli koronavirus testindən keçib, onlardan 5103-nün cavabı pozitiv çıxıb, 3019 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 367 592 nəfərdir. Ağır xəstə sayı isə 3990 nəfər olub.