Ermənistan baş naziri Nikol Paşinyan müdafiə naziri David Tonoyanı vəzifəsindən azad edib.

Unikal.org xəbər verir ki, baş nazirin məsləhətçisi Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.

***

11:55

Ermənistan mətbuatında müdafiə naziri David Tonoyanın istefası barədə xəbərlər yayılıb.

Unikal.org xəbər verir ki, bu barədə “Aravot”  nəşri yazıb.

David Tonoyanın yerinə müdafiə naziri postuna hazırda Ermənistan baş naziri Nikol Paşinyanın məsləhətçisi olan Vaqarşak Arutyunyanın təyin olunacağı gözlənilir.

Qeyd edək ki, V.Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri vəzifəsini daşıyıb.