Türkiyənin Milli Müdafiə Nazirliyi Ağdamın azad olunması ilə bağlı "Twitter" səhifəsində paylaşımla Azərbaycanı təbrik edib.

Unikal.org xəbər verir ki, paylaşımda deyilir:

"Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı zəfər sonrası əldə edilən anlaşma çərçivəsində Ağdama girdi. Azərbaycan 30 il sonra işğala uğramış öz torpaqlarına qovuşur. Önümüzdəki müddətdə də Can Azərbaycanın yanında olmağa davam edəcəyik".