Ermənistan tərəfində döyüşmək üçün Suriyadan Dağlıq Qarabağa gətirilən və Azərbaycan Ordusunun məhv etdiyi daha üç muzdunun kimliyi məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Daşnaksütun Partiyasının feysbuk səhifəsində paylaşılıb.

Bunlar Suriyanın Hələb şəhərinin ermənilərin sıx məskunlaşdığı məhəllələrin özünümüdafiə komandiri, Daşnaksütunun üzvü Arut Panoyan (1976-cı il doğumlu), Hələb sakini Akop Astarçyan (1991-ci il doğumlu) və Hələbin özünümüdafiə yaraqlısı Mosik Seklemyandır (1992-ci il doğumlu).

Onlar paytaxt Yerevandakı Erablur xiyabanında basdırılıblar.