Şotlandiyanın "Reyncers" klubunun futbolçuları Cordan Cons və Corc Edmundsona 7 oyunluq cəza verilib.

Unikal.org yerli assosiasiyaya istinadən xəbər verir ki, hər iki oyunçu karantin qaydalarını pozduqları üçün cəzalandırılıb.

Noyabrın əvvəlində Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gedib.

"Reyncers" hadisədən sonra hər ikisini əsas komandadan kənarlaşdırıb və onları yenidən 2 həftəlik karantinə göndərib.