Misir milli komandasının düşərgəsində koronavirusa yoluxan Məhəmməd Salah tənqid olunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, keçmiş misirli futbolçu Mido, Salahın qardaşının toyunda iştirak etməsiylə bağlı bunları deyib:

“Sizə toyda nə olduğunu deyib? 300-400 insan onunla şəkil çəkdirdi, onu öpdü. Milli komandanın uğurunu düşünürsənsə, bunu etməməlisən. Salahın məşqə qoşulmadan toya getməsi böyük bir utancdır. Gəminin kapitanı belə hərəkət etsə, gəmi batar”.