İtaliyalı hücumçu Mario Balotelli İngiltərə klubunun təklifini qəbul etməyib.

Unikal.org “The Sun” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu “Barnsli” klubundan aldığı təklifi Çempionşipdə oynamaq istəmədiyi üçün rədd edib.

Qeyd edək ki, klubsuz olan Mario Balotelli hazırda İtaliyanın D Seriyası təmsilçisi “Françakorta”da məşq edir.