Türkiyənin “HaberGlobal” televiziyası qələbəmizin görünməyən qəhrəmanları haqqında süjet hazırlayıb.

Unikal.org xəbər verir ki, süjet Azərbaycanda fəaliyyət göstərən silah istehsal edən müəssisələrdən birində çəkilib.

Süjetdə gecə-gündüz dayanmadan çalışan, cəbhəyə silah və sursat göndərən işçilərdən danışılır. Bildirilir ki, onların istehsal etdikləri silahlar qələbədə həlledici amillərdən biri olub.