Türkiyənin İstanbul şəhərində yaşayan erməni əsilli vətəndaşlar Ermənistanın Qarabağdakı işğala son verib, Azərbaycana məxsus torpaqları geri verməsini istəyir.

Uniikal.org xəbər verir ki, Türkiyədə yaşayan erməni əsilli 67 yaşlı Artuk Keyişoğlu “Haber Global”-a bildirib ki, Azərbaycan bu məsələdə tam haqlıdır: “Ermənistandakı erməni vətəndaşların da bu məsələdən məmnunluq duymadığını düşünürəm”.

O qeyd edib ki, Ermənistanın balaca ordusu ilə Azərbaycana qarşı mübarizə aparması mümkün deyil.