Oktyabrın 31-də (bu gün) Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir.

Unikal.org xəbər verir ki,  ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir ki, bu da o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.

Seçkilərdə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfər ölkə xaricində səs verə biləcək.

Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da -red) açılıb və saat 20:00-da bağlanacaq.