Türkiyədə son sutka ərzində koronavirusdan 78 nəfər dünyasını dəyişib, 2322 nəfər isə virusa yoluxub.

Unikal.org  xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 177-ə, yoluxanların sayı isə 373 154-ə çatıb. Ağır xəstələrin sayı 1966 nəfər təşkil edir.

Ümumilikdə 13 milyondan çox (13,877,705) insan test olunub.