Müdafiə Nazirliyi növbəti dəfə video yayıb.

Unikal.org xəbər verir ki, təqdim olunan videogörüntülərdə düşmənə məxsus əldə edilən hərbi qənimətlər nümayiş etdirilib.

Eyni zamanda, Azərbaycan hərbçisi Ermənistan ordusuna məxsus texnikalar barədə məlumat verib: “Düşmən bizim qarşımızda dayana bilmir, öz texnikalarını qoyub qaçır. Gördükləriniz düşmənin texnikalarıdır. Bundan əlavə, neçə dənə qənimət götürmüşük. Hamısını təmir edib döyüş mövqelərinə göndərmişik. Düşməni öz silahı ilə məhv edirik”.