Erməni separatçılarının liderlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.

Unikal.org xəbər verir ki, öz “Facebook” hesabından səslənən Karapetyan aciz şəkildə yardım diləyib:

“Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistanda yaşayanlara müraciət etmək istəyirəm. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.