Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) oyununun heyətləri açıqlanıb.
 
Unikal.org
xəbər verir ki,Türkiyənin İstanbul şəhərində baş tutacaq qarşılaşmadan öncə start “11-lik”ləri və ehtiyat oyunçular skamyasında qalacaq futbolçular bəlli olub.
 
Baş məşqçilər Qurban Qurbanov və Unay Emeri “Başakşəhər” Fatih Terim stadionundakı görüşdə güvənəcəkləri oyunçuları müəyyənləşdirib. İ qrupunun II turunun İstanbuldakı qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 6. Patrik Andrade, 7. Ovusu Kvabena,10. Abdullah Zubir, 9. Xayme Romero
“Vilyarreal”: 13. Jeronimo Rulli, 24. Alfonso Pedraza, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 11. Samuel Çukvueze, 14. Manu Trigeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xayme Kosta, 10. Visente İborra
Baş məşqçi: Unay Emeri