Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onlar 9, 14, 15 yaşları civarındadırlar.

Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub.