Ermənistanın raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 4-ə yüksəlib.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, Ermənistanın fərq qoymadan, mülki insanlara qarşı hədəflənmiş hücumu davam edir.
H.Hacıyev daha əvvəl Ermənistanın Azərbaycanın Bərdə rayonuna endirdiyi raket zərbəsi nəticəsində ölənlər arasında bir azyaşlının olduğunu yazıb.