“Humanitar atəşkəsi pozmaq və davamlı hərbi itkilərini kompensasiyası üçün Ermənistan dinc insanları öldürməklə hərbi cinayətlərə əl atır”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bərdə rayonuna reaktiv raketlərlə hücum edilib. İndiyə qədər 3 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla 10 nəfər ağır yaralanıb”, - o bildirib.