Qırğızıstanın keçmiş prezidenti Almazbek  Atambayev 1 nömrəli istintaq təcridxanasından koloniyaya köçürüləcək.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”yə Dövlət Penitensiar Xidmətinin mətbuat xidmətindən bildirilib.

“Komissiya Atambayevin 47 nömrəli koloniyaya köçürülməsi ilə bağlı qərar verib”, - deyə məlumatda bildirilir.

Sabiq dövlət başçısının vəkili Zamir Jooşev jurnalistlərə açıqlamasında Atambayevin yerdəyişməsinin çərşənbə axşamı reallaşa biləcəyini bildirib.