Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” telekanalında canlı yayımda çıxış edib.

Unikal.org xəbər verir ki, aparıcısı Erhan Ertürk olan verilişdə Qarabağdakı vəziyyət, Ermənistanın dinc əhaliyə hücumları müzakirə olunub.