Azərbaycana qarşı döyüşlərdə ağır məğlubiyyətlə üzləşən erməni hərbçilər hazırda acınacaqlı vəziyyətdədirlər. İşğalçı orduda pərakəndəlik və aclıq hökm sürür.
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir qrup erməni hərbçinin 3 gündür ac-susuz qaldığı, onlarla heç kimin maraqlanmadığı bildirilir.

"Baxın, ay millət, artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında 3 gündür ac, nə yemək var, nə adam var, nə də əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə", - deyə erməni hərbçi ordusundakı vəziyyətdən şikayətlənib.