Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsgər və zabitlərin Qarabağda Azərbaycana qarşı döyüşlərdən qaçdığını etiraf edib.

Unikal.org xəbər verir ki, bu barədə işğalçı ölkə rəhbəri "Facebook" səhifəsində canlı yayım zamanı deyib.

Paşinyan fərarilik edən hərbçilərin cəzalanılacağını bildirib: "Hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır, bəraət qəbul olunmur".