Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.