Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 402  mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yarasız hala düşüb.