Almaniya Bundesliqasında V turun mübarizəsi davam edir.
Unikal.org xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
Autsayderlər zonasından uzaqlaşmağa çalışan “Volfsburq”la “Arminiya”nın duelində 3 qol qeydə alınıb. “Volfsburq” 2 dəqiqə ərzində vurduğu 2 top sayəsində meydanı qalibiyyətlə tərk edib. Bununla komanda cari mövsüm ilk qələbə sevincini yaşayıb.
Günün digər matçında isə yüksək pillələri hədəfləyən “Hoffenhaym” “Verder”in qonağı olub. Komandalar hərəyə 1 xalı 1 qolla əldə ediblər.
Qeyd edək ki, tur oktyabrın 26-da keçiriləcək “Bayer” – “Auqsburq” (23:30) görüşü ilə başa çatacaq.
Almaniya Bundesliqası
V tur
25 oktyabr
“Volfsburq” – “Arminiya” – 2:1
Veqorst, 19, Arnold, 20 – Şipplok, 80
“Verder” – “Hoffenhaym” – 1:1
Eggesteyn, 5 – Qeyger, 20
“Volfsburq” ilk qələbəsini qazandı

23:53 2020-10-25
İDMAN
Digər Xəbərlər
2020-10-25 22:17:22

2020-10-25 22:03:10

2020-10-25 20:14:13

2020-10-25 18:29:27

2020-10-25 17:37:59

2020-10-25 16:28:38

2020-10-25 09:22:33

2020-10-25 01:25:00

2020-10-25 01:10:21

2020-10-24 22:53:00

2020-10-24 21:41:36

2020-10-24 20:18:39

2020-10-24 18:36:12

2020-10-24 14:20:08

2020-10-24 13:43:26
