Koronavirus pandemiyası gələn ilin yay fəsilinin sonuna qədər bitə bilər.

Unikal.org xəbər verir ki, bu barədə Qamalea Araşdırma Mərkəzinin professoru Viktor Zuyev deyib. O bildirib ki, iyul ayında əhəmiyyətli dərəcədə yaxşılaşma olacaq.

“SARS-COV-2"-yə daxil olan virusların istidən "qorxduğunu" bildirən Zuyev maskadan düzgün istifadənin və xalqın peyvənd olunmasının da xəstəliyin məhv olmasına müsbət təsir edəcəyini söyləyib.

O, həmçinin bildirib ki, koronavirusu simptomsuz keçirən şəxslərin sayı artıb.