“Samsung” konserinin sədri Li Qon Hi bazar günü Seulda xəstəxanada dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Li Qon Hi 2014-cü ildə keçirdiyi ürəktutmadan sonra ağır xəstə idi. Onun 78 yaşı olub. 

Qeyd edək ki, Li Qon Hi “Samsung Group”a 1987-ci ildən sədrlik edirdi. 2016-cı ildə o, “Forbes” jurnalı tərəfindən Cənubi Koreyanın ən zəngin insanı adlandırılmışdı. Nəşrin qiymətləndirməsinə görə, 2020-ci ilin oktyabrında onun sərvəti 20,9 milyard dollar təşkil edirdi.