Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Unikal.org “Report”a istinadla xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib və Eldar Həsənov barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs qətimkan tədbiri seçilib.