Canlı yayım zamanı müxbirin telefonu oğurlanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə  Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığındakı Sarandi şəhərində meydana gəlib. 

Belə ki, oğurluq hadisələrinin artması ilə bağlı canlı bağlantı yaradan müxbirin anidən telefonu ətrafdakı naməlum şəxs tərəfindən oğurlanıb. Oğrunu qovan jurnalistin həmin anları anbaan operator tərəfindən qeyd olunub. Həmin görüntülər ölkədə marağa səbəb olub.  

Qeyd edək ki, sosial mediada paylaşılan görüntü izləmə rekoru qırıb.