“Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir"

Bu barədə Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır. Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir", - deyə məlumatda qeyd olunub.