Xəbər verdiyimiz kimi, məşhur türkiyəli jurnalist, "HaberGlobal” telekanalının müxbiri Osman Girgin Azərbaycanda koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, Bakıda xəstəxənalardan birində müalicə alan jurnalist xoş sürprizlə qarşılaşıb.
 
Belə ki, həkimlər doğum günü olan jurnalistə sürpriz ediblər. Onlar üstündə "İyi ki, doğdun, Osman” yazılan tortla palataya daxil olublar və bu anları lentə alıblar.
 
Jurnalist bu xoş münasibətdən çox məmnun qalıb və həmin anları dostları ilə paylaşıb.

Qeyd edək ki, Osman Girgin erməni vəhşiliyini işıqlandırarkən, cəbhədə baş verən ən son xəbərləri təfərrüatı ilə çəkib bütün dünyaya göstərərkən COVİD-19-a yoluxub.