Türkiyənin də Rusiya Federasiyası kimi Qarabağ münaqişəsinin həllində iştirak etmək hüququ var.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

"Rusiya bu məsələnin həlli üçün orada yer aldığını düşünür. Mən də Türkiyənin bu məsələdə yer alması üçün ən az Rusiya qədər haqqı olduğunu düşünürəm. Bu günə qədər Minsk üçlüyü bir qərar qəbul edə bilməyib. Əgər Ermənistan Rusiyanı təklif edirsə, Azərbaycan da Türkiyəni təklif edir. Mənə Rusiyanın bu məsələdə neqativ mövqe tutmağı ilə bağlı məlumat daxil olmayıb", - Ərdoğan qeyd edib.